İranın xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə Hörmüz boğazındakı vəziyyətin ABŞ-İsrail müharibəsinin nəticəsi olduğunu bildirib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Hörmüz boğazındakı vəziyyəti regiondakı ümumi vəziyyəti nəzərə almadan qiymətləndirmək olmaz, çünki Hörmüz boğazında dəniz fəaliyyətinin pozulması ABŞ və sionist rejimi tərəfindən tətbiq edilən müharibənin nəticəsidir”,- deyə nazir vurğulayıb.
Elmin Alışov