Filippinin cənubundakı Tavi-Tavi adasının Bonqao bölgəsində baş verən yanğın 1000-dən çox evi məhv edib.
Tvit.az xəbər verir ki, bu barədə Filippin xəbər agentliyi (PNA) məlumat yayıb.
Rəsmilər alovların tamamilə söndürüldüyünü və yanğının səbəbini müəyyən etmək və dəymiş ziyanın miqyasını qiymətləndirmək üçün araşdırmaların davam etdiyini bildiriblər.
Elmin Alışov