Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Burnu sınan futbolçu növbəti oyunlara qoruyucu maska ilə çıxacaq
СПОРТ

Burnu sınan futbolçu növbəti oyunlara qoruyucu maska ilə çıxacaq

03-02-2026 22:00 19 Просмотров
IMG

"Roma"nın müdafiəçisi Canluka Mançini İtaliya A Seriyasının 23-cü turunda, "Udineze" ilə keçirilən oyunda (0:1) zədələnib.

 

Tvit.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, matçın ilk hissəsində burnu sınan 29 yaşlı futbolçu görüşü sonadək davam etdirib.

 

Mançini əməliyyat olunub və qarşıdakı oyunlarda qoruyucu maska ilə çıxış edəcək.

 

Qeyd edək ki, Canluka Mançini bu mövsüm "Roma"nın heyətində 30 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.