"Roma"nın müdafiəçisi Canluka Mançini İtaliya A Seriyasının 23-cü turunda, "Udineze" ilə keçirilən oyunda (0:1) zədələnib.
Tvit.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, matçın ilk hissəsində burnu sınan 29 yaşlı futbolçu görüşü sonadək davam etdirib.
Mançini əməliyyat olunub və qarşıdakı oyunlarda qoruyucu maska ilə çıxış edəcək.
Qeyd edək ki, Canluka Mançini bu mövsüm "Roma"nın heyətində 30 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.