Ukrayna döyüşmədən Donbas və Zaporojye Atom Elektrik Stansiyasından güzəştə getməyəcək.
Tvit.az “Novosti.Live” Telegram kanalına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Ukrayna ərazi bütövlüyünü pozacaq güzəştlərə hazır deyil. Biz Donbası və Zaporojye Atom Elektrik Stansiyasını döyüşsüz ruslara təslim etməyəcəyik”,- deyə Zelenski vurğulayıb.
Elmin Alışov