Almaniya millisinin sabiq hücumçusu Timo Verner ABŞ-nin "San-Xose Ertkveyks" klubu anlaşıb.
Tvit.az xəbər verir ki, bu barədə onun sonuncu çıxış etdiyi "Leyptsiq" (Almaniya) kollektivinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun yeni komandası ilə sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Verner "Leyptsiq"dən başqa, Avropada "Ştutqart", "Çelsi" və "Tottenhem" klublarında da oynayıb.