Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Almaniya millisinin sabiq hücumçusu ABŞ klubuna transfer olunub
sport

Almaniya millisinin sabiq hücumçusu ABŞ klubuna transfer olunub

29-01-2026 20:00 13 Views
IMG

Almaniya millisinin sabiq hücumçusu Timo Verner ABŞ-nin "San-Xose Ertkveyks" klubu anlaşıb.

 

Tvit.az xəbər verir ki, bu barədə onun sonuncu çıxış etdiyi "Leyptsiq" (Almaniya) kollektivinin mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı futbolçunun yeni komandası ilə sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Verner "Leyptsiq"dən başqa, Avropada "Ştutqart", "Çelsi" və "Tottenhem" klublarında da oynayıb.