Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qarabağa avtobuslarla səfər edənlərin sayı təxminən 50 % artıb
sosial

Qarabağa avtobuslarla səfər edənlərin sayı təxminən 50 % artıb

28-01-2026 17:00 16 Просмотров
IMG

Ötən il Qarabağ iqtisadi rayonuna avtobuslarla 6 632 sərnişin səfər edib.

 

Bu barədə "Tvit.az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 4 482 sərnişin və yaxud 1,5 dəfə çoxdur.

 

2025-ci ildə Qarabağ iqtisadi rayonuna 608 avtobus reysi həyata keçirilib. Bu isə 2024-cü illə müqayisədə 412 reys və yaxud 3,1 dəfə çoxdur.