Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
sosial

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23-01-2026 23:00 9 Просмотров
IMG

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 100 dolları keçib.

 

Tvit.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.

 

Bakı vaxtı ilə saat 19:12-ə olan məlumata görə, bu metalın dəyəri 3.95% artaraq trua unsiyası üçün 100.18 dollara çatıb.

 

Saat 19:20-də gümüşün qiyməti trua unsiyası üçün 99.68 dollara qədər azalıb (+3.43%).