Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
sosial

Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

22-01-2026 15:00 12 Просмотров
IMG

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin səhhətində ciddi problem yaranıb.

Tvit.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, K.Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Aparılan müayinələr nəticəsində ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

Hazırda xəstəxana şəraitində müalicəsi davam etdirilir.

Həkimlər birlik sədrinin səhhətini nəzarət altında saxlayırlar.