Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Emin Əmrullayev əmr imzaladı - YENİ TƏYİNAT
sosial

Emin Əmrullayev əmr imzaladı - YENİ TƏYİNAT

22-01-2026 13:00 18 Просмотров
IMG

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna yeni icraçı direktor təyin olunub.

Tvit.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə iqtisad üzrə fəlsəfə doktoru, dosent Famil Rüstəmov təyin edilib. O bu təyinatadək İnstitutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2023-cü ildən indiyədək İnstitutda icraçı direktor vəzifəsi vakansiyaya çıxarılıb. 2023-cü ilədək isə İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşviq Atakişiyev olub.

O, 12 il əvvəl – Elm və Təfəkkür Universitetinin rektoru olduğu dövrdə qətlə yetirilən prorektor Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilərək 2023-cü ildə məsuliyyətə cəlb edilib və 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmənin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum edilib.