Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Metronun iş saatı uzadılacaq
sosial

Metronun iş saatı uzadılacaq

19-01-2026 17:00 16 Просмотров
IMG

Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.

 

Bu barədə "Tvit.az"a Metropolitendən bildirilib.

 

Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə azarkeş marağı nəzərə alınmaqla, bütün stansiyalar yanvarın 21-dən 22-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

 

Stansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

 

Qarşılaşmadan sonra sərnişinlərin ünvana rahat və təhlükəsiz çatdırılması üçün “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək.

 

Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tənzimlənsə də, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.