Çin iqtisadiyyatının 2025-ci ilə qədər illik 5 faizlik artım hədəfinə çatdığı bildirilir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin milli statistika bürosu məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin yanvar-dekabr ayları ərzində Ümumi Daxili Məhsul (ÜDM) 140 trilyon yuanı (20 trilyon dollar) keçib.
Qeyd edək ki, Çin iqtisadiyyatı 2020-ci ildə 2,2 faiz, 2021-ci ildə 8,4 faiz, 2022-ci ildə 3 faiz, 2023-cü ildə 5,2 faiz və 2024-cü ildə 5 faiz artıb.
Elmin Alışov