Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sosial yardımın verilməsi ilə bağlı saxta elanlar yayılıb - XƏBƏRDARLIQ!
sosial

Sosial yardımın verilməsi ilə bağlı saxta elanlar yayılıb - XƏBƏRDARLIQ!

15-01-2026 16:00 14 Просмотров
IMG

Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından “2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı elanlar yayılıb.

 

"Tvit.az" xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

 

Bildirilib ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Sözügedən paylaşımların “mygov” platforması ilə heç bir əlaqəsi yoxdur.

 

Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.

 

Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız “mygov”un rəsmi kanallarını izləməyə çağırırıq.