Böyük Britaniya atəşkəsdən bir həftə sonra hərbçilərini Ukraynaya göndərməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə The Daily Telegraph qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, London döyüşlərin dayandırılması halında ölkənin müdafiəsinin gücləndirilməsinə kömək məqsədilə yüzədək hərbi təlimçi və mühəndis göndərə bilər.
Qəzet bildirib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer atəşkəsin icrasına nəzarət çərçivəsində müttəfiqlərlə birlikdə Ukrayna səması üzərində patrul uçuşları üçün Kral Hərbi Hava Qüvvələrinin qırıcılarından istifadə edilməsini təsdiqləyib.
Aysel Şirinova