Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Lavrov və Uşakov görüşdə iştirak edəcək
dünya

Lavrov və Uşakov görüşdə iştirak edəcək

15-08-2025 23:00 42 Views
IMG
Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında üçtərəfli formatda danışıqlarda iştirak edəcəklər.

Tvit.az xəbər verir ki, bunu CNN-ə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl Ağ Ev bildirmişdi ki, Putin və Tramp arasında görüş 3-3 formatında keçiriləcək. Amerika prezidentini dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff müşayiət edəcək.

Aysel Şirinova