Rusiyanın 2021-ci ildən bəri "Telegram"-a ünvanladığı cərimələrin miqdarı açıqlanıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"2021-ci ildən bəri Telegram Messenger Inc. qadağan olunmuş məlumatları silməkdən imtina etdiyinə görə artıq 105,5 milyon rubl cərimələnib”, - deputat bildirib.
O əlavə edib ki, şirkət ayrıca 38,3 milyon məbləğində cərimələnib, çünki sosial şəbəkənin sahibi kimi özünün monitorinqini aparmır və tənzimləyicilərin xatırlatmaları olmadan qanunsuz məzmunu silmir.
Aysel Şirinova