Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qərb Rusiya və ABŞ-yə bu təklifi etdi
dünya

Qərb Rusiya və ABŞ-yə bu təklifi etdi

13-08-2025 21:00 18 Views
IMG

Qərb ölkələri Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli sammitin Avropa və ya Yaxın Şərq şəhərlərindən birində keçirilməsini təklif ediblər.

Tvit.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, bu məsələ çərşənbə günü ABŞ prezidenti Donald Tramp, Avropa ölkələrinin liderləri və Vladimir Zelenskinin iştirakı ilə keçirilən videokonfransda qaldırılıb.

Tramp daha əvvəl bildirib ki, bu həftə Alyaskada rusiyalı həmkarı ilə görüşü yaxşı keçərsə, Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün qədər tez üçtərəfli sammit keçirəcəyinə ümid edir.

Aysel Şirinova