Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan-Gürcüstan sərhədində 300 avtomobil gözləyir
sosial

Azərbaycan-Gürcüstan sərhədində 300 avtomobil gözləyir

12-08-2025 18:00 43 Views
IMG

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir.

 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tvit.az-a (AYNA) məlumat verilib.

 

Qeyd olunub ki, gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 44, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 85 yük maşını var.

 

Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 35-dir.

 

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

 

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.