Çində iki gündür davam edən güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 10 nəfərin öldüyü, 33 nəfərin itkin düşdüyü bildirilir.
Tvit.az bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.
Bundan əlavə, güclü leysan bəzi ərazilərdə elektrik enerjisi və telekommunikasiya xidmətlərini sıradan çıxarıb.
Elmin Alışov