Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp açıqladı: Yaxın zamanda Putinlə…
dünya

Tramp açıqladı: Yaxın zamanda Putinlə…

07-08-2025 08:00 25 Views
IMG

Moskvada ABŞ-Rusiya danışıqlarından sonra ABŞ prezidenti Donald Tramp çox yaxında Rusiya prezidenti Vladimir Putinlə görüşmək ehtimalının olduğunu açıqlayıb.


Tvit.az xəbər verir ki, o, bu barədə Apple-ın ABŞ-a yeni sərmayələrini açıqladığı Ağ Ev toplantısında deyib.


“Bəli, bunun baş vermə ehtimalı çox yüksəkdir. Biz hələ hara qərar verməmişik. Bu, uzun bir yoldur, lakin görüşün çox tezliklə baş tutması üçün yaxşı şans var”,- deyə Tramp bildirib.


Elmin Alışov