Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Dünya liderləri Azərbaycan pavilyonunda
sosial

Dünya liderləri Azərbaycan pavilyonunda

05-08-2025 23:00 27 Views
IMG

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransının proqramı çərçivəsində dövlət başçıları Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın milli günlərinə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

 

Tvit.az Publika.az-a istinadən xəbər verir ki, milli günlər region ölkələrinin xalqlarının zəngin mədəni irsini nümayiş etdirmək, mehriban qonşuluq əlaqələrini möhkəmləndirmək və mədəni-humanitar əməkdaşlığı genişləndirmək məqsədi ilə təşkil edilir.

 

Milli pavilyonlar, o cümlədən adət-ənənələrin, sənətkarlığın, mədəniyyət, incəsənət və turizm sahəsində müasir nailiyyətlərin ekspozisiyaları təqdim olunub. Qastronomik təqdimatlar və kulinariya ustad dərsləri də təşkil olunub.