Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Suriya Xarici İşlər Nazirliyi Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu açıqladı
dünya

Suriya Xarici İşlər Nazirliyi Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu açıqladı

31-07-2025 12:00 43 Views
IMG
Suriyanın xarici işlər naziri Assaad əl-Şibani Rusiya ilə düzgün qarşılıqlı əlaqənin qurulmasında maraqlı olduğunu bəyan edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O qeyd edib ki, ölkələrin xalqları arasında münasibətlər tarixi mahiyyət daşıyır, onları mürəkkəbləşdirən bəzi nüanslar var.

"Bu gün biz yeni Suriyanı təqdim edirik. Biz ölkələrimiz arasında lazımi qarşılıqlı əlaqənin və əlaqələrin qurulmasında maraqlıyıq. Bu əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanacaq", - deyə nazir bildirib.

Bundan əvvəl məlum olub ki, Asaad əl-Şibani Iyulun 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar üçün Rusiyaya getmək niyyətindədir.

Aysel Şirinova