Meksikanın Miçoakan əyalətində yerləşən 2500 illik qədim piramida 2025-ci il iyulun 29-na keçən gecə yağan güclü yağışlar nəticəsində dağılıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Təxminən 15 metr hündürlüyündə olan kvadrat quruluşun cənub divarı aramsız yağan yağışın təzyiqi altında uçaraq dağıntı yığınına çevrilib.
Piramidanın altı səviyyəsi, eləcə də xarici divarı, əsas özəyi və dayaq divarı zədələnib.
Elmin Alışov