Bitkoinin qiyməti 2025-ci il iyulun 10-dan bəri ilk dəfə olaraq 115 min dollardan aşağı düşüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bitkoin 2,5% ucuzlaşaraq 114 942 dollar səviyyəsində olub. Məlumata görə, ucuzlaşma tempi zəifləyib və bitkoin 115 543 dollar (-2,18%) səviyyəsində qərarlaşıb.
25 iyul məlumatına əsasən, tarixi maksimumların yenilənməsi fonunda bitkoinin kapitallaşması 2,302 trilyon dollar təşkil edir. Bununla da hazırda bitkoin ölçüsünə görə yeddinci ən böyük aktivdir. Bu barədə ictimai şirkətlərin, qiymətli metalların, kriptovalyutaların və investisiya fondlarının kapitallaşmasını hesablayan Companiesmarketcap portalının məlumatları göstərir.
Aysel Şirinova