Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ İranla nüvə üzrə dialoq aparmağa hazırdır
dünya

ABŞ İranla nüvə üzrə dialoq aparmağa hazırdır

22-07-2025 23:00 42 Views
IMG
Amerika Birləşmiş Ştatları İranla nüvə proqramı üzrə birbaşa dialoq aparmağa hazırdır. 
Tvit.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Tammi Brüs deyib.

"İran rəhbərliyi öz xalqı üçün sülh və firavanlıq yolunu seçmək imkanına malikdir. Biz həmçinin iranlılarla birbaşa dialoqa hazırıq", - deyə o, bildirib.

Bununla yanaşı, daha əvvəl Amerika lideri Donald Tramp bildirmişdi ki, Birləşmiş Ştatlar İranın nüvə obyektlərinə yenidən zərbə endirməyə hazırdır.

İranın xarici işlər naziri Abbas Araqçı isə öz növbəsində əmin edib ki, Tehran hələ İran nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa müzakirələrə hazır deyil.