ABŞ termonüvə bombaları olan B61-12-ləri Böyük Britaniyadakı Leykenhit hərbi hava bazasına yerləşdirib.
Tvit.az xəbər verir ki, bu barədə "UK Defence Journal" məlumat yayıb.
Məlumata görə, bir neçə nüvə başlığı Britaniyanın Saffolk qraflığındakı hərbi hava bazasına çatdırılıb. Qeyd olunur ki, bu baza əvvəllər Soyuq Müharibə dövründə ABŞ nüvə arsenalının yerləşdiyi məkanlardan biri olub.
Sonuncu dəfə bu cür silahlar 2008-ci ilə qədər burada olub və həmin il ABŞ-ın Avropadakı nüvə mövcudluğunu azaltmaq məqsədilə bazadan çıxarılmışdı.
Beləliklə, bu, son 17 il ərzində ABŞ-ın bu ölkədə ilk dəfə nüvə silahı yerləşdirməsidir.
Aysel Şirinova