Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda daha üç ünvanda minib-düşmə yerləri yaradılıb
sosial

Bakıda daha üç ünvanda minib-düşmə yerləri yaradılıb

21-07-2025 16:00 33 Views
IMG

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.

"Tvit.az" AYNA-ya istinadən xəbər verir ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.