Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
sosial

Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub

20-07-2025 14:00 29 Views
IMG

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.

“Report”un yerli bürosu məlumat verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

10:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.