Rusiya parlamentinin aşağı palatası olan Dumanın bəzi deputatları milli təhlükəsizliyə təhdid olduğunu bildirərək mesajlaşma proqramı olan WhatsApp-ın qadağan edilməsini istəyiblər.
Tvit.az xəbər verir ki, bu barədə dumanın İnformasiya Siyasəti Komitəsinin sədrinin birinci müavini Anton Gorelkin deyib.
WhatsApp-ın çox güman ki, dost olmayan ölkələrdən məhdudlaşdırılan tətbiqlər siyahısına daxil ediləcəyini qeyd edən Gorelkin, "WhatsApp-ın Rusiya bazarını tərk etməyə hazırlaşmasının vaxtıdır",- dedi.
Elmin Alışov