Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin və NATO arasında ticarət gərginliyi
dünya

Çin və NATO arasında ticarət gərginliyi

16-07-2025 15:00 36 Views
IMG

Çin Xalq Respublikasının hakimiyyəti Şimali Atlantika Alyansının baş katibi Mark Rüttənin Rusiya ilə ticarətə görə tətbiq oluna biləcək sanksiyalarla bağlı xəbərdarlığını rədd edib.

Tvit.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Pekin ticarət müharibəsində heç bir ölkənin qalib gələ bilməyəcəyini vurğulayıb və NATO-ya danışıqlara başlamaq çağırışı edib.

Bundan əvvəl NATO-nun baş katibi Çin, Hindistan və Braziliyaya Rusiya ilə ticarəti davam etdirəcəkləri təqdirdə ikinci dərəcəli sanksiyalar tətbiq olunacağı ilə hədələyib.

Aysel Şirinova