Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Güclü külək 3 rayonda problemlər yaratdı
sosial

Güclü külək 3 rayonda problemlər yaratdı

15-07-2025 21:00 31 Views
IMG

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, güclü külək səbəbindən Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.

 

Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.


Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.