Rusiya Ukraynada hücumunu gücləndirdiyi üçün NATO və Avropa ölkələri uzaqmənzilli silahların istehsalını artırmalıdırlar.
Tvit.az xəbər verir ki, bu sözləri ABŞ general-mayoru Con Rafferti Reuters agentliyinə deyib.
"Rusiya ordusu bu gün Ukraynada müharibəyə başladıqları vaxtdan daha böyükdür", - Rafferti bildirib.
Uzaq mənzilli raketlərin ərazinin dərinliklərinə çata bildiyi vurğulanır. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı müharibədə bu silahlardan çox səmərəli istifadə edib, mühüm infrastruktur obyektlərini vurub.
Aysel Şirinova