Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
sosial

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

11-07-2025 21:00 26 Views
IMG

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir-1 ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü orta təzyiqli daşıyıcı qaz xəttinin kompressor (1-atm) vasitəsi ilə kipliyə sınaq ediləcək.

 

Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçənin 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.