Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu ölkələr arasında sərhəd keçid məntəqəsi bağlandı
dünya

Bu ölkələr arasında sərhəd keçid məntəqəsi bağlandı

09-07-2025 18:00 36 Views
IMG

Şimali Makedoniya ilə Kosovo arasında ən böyük sərhəd-keçid məntəqəsi olan Blace-Elez Han sərhədi Şimali Makedoniya tərəfində baş verən yanğın səbəbindən yenidən bağlanıb.


Tvit.az xəbər verir ki, bu barədə Şimali Makedoniya Daxili İşlər Nazirliyi məlumat yayıb.


Açıqlamada bölgədə baş verən yanğınla əlaqədar sərhəd qapısının müvəqqəti bağlandığı və səlahiyyətli qurumlarla razılaşdırılaraq yanğının söndürülməsi üçün lazımi tədbirlərin görüldüyü bildirilib.


Elmin Alışov