ABŞ bu həftə və gələn həftə Roma və Kiyevdə iki ölkə nümayəndələrinin görüşlərindən sonra Ukraynaya bəzi silah növlərinin tədarükünü bərpa edə bilər.
Tvit.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Ukraynanın bərpası üzrə beynəlxalq konfransda (10-11 iyul)” Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşəcək.
Daha sonra Kiyevdə görüşlər olacaq.
Aysel Şirinova