Avropa İttifaqının (Aİ) hərbi xərcləri artırmaq istəyi blokun maliyyə sabitliyinə təhlükə yaradır.
Tvit.az xəbər verir ki, bu barədə Danimarkanın iqtisadiyyat naziri Stefani Lose müsahibəsində bildirib.
“Dünyanın müxtəlif iqtisadiyyatlarında qeyri-sabitlik müşahidə olunduğu bir vaxtda müdafiə xərclərini çox sürətli şəkildə artırmaq lazım gəlir. Bu isə iqtisadiyyatlarımız üçün ciddi risk deməkdir”, – deyə Lose bildirib.
O, Aİ ölkələrində büdcə kəsiri və dövlət borcunun sürətlə artmasının ciddi risklər doğurduğunu, üzv ölkələrin bunu nəzarətdə saxlaya bilməyəcəyini vurğulayıb. Bundan əlavə, Avropa artıq ABŞ-ın ticarət rüsumları və Çinin rəqabəti səbəbilə təzyiq altındadır.