İsrail mediası Trampın iyulun 7-də İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Qəzza zolağında atəşkəs elan edəcəyini yazıb.
Tvit.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.
Nəşrdə HƏMAS-ın təklifə hə deyəcəyi mesajları verdiyi, razılaşmada irəliləyiş əldə edildiyi, lakin fələstinli əsirlərin azad edilməsi və digər məsələlərlə bağlı çətin danışıqlar prosesinin olacağı qeyd olunub.
Elmin Alışov