ABŞ-nin Suriyanın şimal-şərqindəki Kəsrakdakı əsas hərbi bazası İran və onun nəzarətində olan silahlı qrupların potensial hücum təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Tvit.az Suriya TV-yə istinadən xəbər verir ki, bazada həyəcan təbili çalınıb və Amerika hərbçiləri mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini hazırlayıb.
Suriyanın təhlükəsizlik xidmətindəki mənbə Suriya televiziyasına bildirib ki, şimal-şərqdəki Həsəkə əyalətində qalan Amerika qüvvələrinin əsas hissəsi Kəsraqda cəmlənib.
Aysel Şirinova