İsrailin İranın nüvə obyektlərinə hücumu səbəbindən indiyədək heç bir radiasiya sızmasının aşkar edilməyib.
Tvit.az xəbər verir ki, bunu “Əl Əxbar” televiziyasına açıqlamasında Küveytin xarici işlər naziri Abdulla əl-Yəhya deyib.
“İrandan radiasiya sızması aşkar edilməyib. Hələlik bütün göstəricilər normaldır və vəziyyətə ciddi nəzarət olunur”,- deyə nazir bildirib.
Elmin Alışov