Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İnsan ölümündən bir neçə saniyə əvvəl beyin xatirələri oyada bilir - Neyrocərrah
dünya

İnsan ölümündən bir neçə saniyə əvvəl beyin xatirələri oyada bilir - Neyrocərrah

17-06-2025 23:00 54 Views
IMG

İnsan beyni ölüm anından əvvəl həyati əhəmiyyətli hadisələrlə bağlı xatirələri yenidən canlandıra bilər.

 Bu nəticəyə Luisvill Universitetindən neyrocərrah Əcməl Zəmmar gəlib.

Aparılmış tədqiqat çərçivəsində neyrocərrah ürəyi dayanmamışdan əvvəlki və sonrakı 30 saniyə ərzində 87 yaşlı bir xəstənin elektroensefaloqramını (EEQ) araşdırıb.

Məlum olub ki, “ölümə keçid” zamanı beyin fəaliyyətini davam etdirə və bu vəziyyətdə bir müddət qala bilər. Həkim qeyd edib ki, bu anda beyin hələ də dəyişikliklərə reaksiya verə bilir.

“Bu vaxt beyin insanın həyatı boyunca yaşadığı önəmli hadisələrlə bağlı son xatirələri canlandıra bilər, bu da ölümə yaxın təcrübələr zamanı təsvir edilənlərə bənzəyir”, – deyə Zəmmarın sözlərini Metro qəzeti sitat gətirib.