Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.
Tvit.az xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə onlara uğurlar arzulayıb.
İdmançılar isə öz növbəsində yarışa hazırlıqları barədə məlumat veriblər.
Qeyd edək ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də T.Musayevin UFC-də debütü olacaq.