Avropa İttifaqı ölkələri, anti-Rusiya sanksiyalarına baxmayaraq, 2024-cü ildə Rusiyadan 21,3 milyard avro dəyərində neft və qaz idxal ediblər ki, bu da Aİ-nin Rusiyadan ümumi idxalının 59,1 faizini təşkil edir.
Tvit.az xəbər verir ki, bu məlumatı Almaniyanın Federal Statistika İdarəsi təqdim edib.
Məlumata əsasən, Rus nefti və qazının əsas alıcıları Macarıstan (21,8%), Slovakiya (15,8%) və Fransa (14,5%) olub. Aİ üçün Rusiyadan idxal olunan digər vacib məhsullar arasında metallar (15%) və kimya məhsulları (9,6%) yer alıb. Avropa İttifaqı ölkələri Rusiyaya əsasən əczaçılıq məhsulları (28,1% və ya təxminən 8,9 milyard avro), kimya məhsulları (13,9%), ərzaq məhsulları və yemlər (9,5%) ixrac ediblər. Ümumilikdə, 2024-cü ildə Rusiyadan idxal edilən malların həcmi 2021-ci illə müqayisədə 78% azalıb – təxminən 163,6 milyard avrodan 36 milyard avroya düşüb. Aİ-dən Rusiyaya ixrac isə 64,6% azalaraq 89,2 milyard avrodan təxminən 31,6 milyard avroya enib.
Aysel Şirinova