Oman dövlət xəbər agentliyinin məlumatına görə, neft sızması nəticəsində bəzi çimərliklər artıq çirklənib və neft on kilometrlərlə sahil xəttinə yayıla bilər.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər neft ləkəsinin 2 000 kvadrat kilometrdən çox ərazini əhatə etdiyini bildirirlər.
Hadisənin mənbəyi kimi iyunun 30-da Yəmən sahillərində partlayışa məruz qaldığı bildirilən və 800 min barel neft daşıyan Caroline Bezengi tankeri göstərilir.
Tankerə hücuma görə məsuliyyəti heç bir tərəf üzərinə götürməyib.
Aysel Şirinova