Sumqayıt şəhərində zavodda ölüm hadisəsi baş verib.
Tvit.az-ın məlumatına görə, hadisə avqustun 9-u saat 16 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə qəsəbə ərazisində usta köməkçisi işlədiyi zavodun dam örtüyünü dəyişən zaman yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş E.İsmayılzadə ölüb.
Faktla bağlı araşdırmalar aparılır.