Polşada Avropanın ən böyük ordusunu yaratmaq üçün iddialı planlar açıqlanıb.
Tvit.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyşın danışıb.
Onun sözlərinə görə, ölkənin məqsədi 500 min hərbi qulluqçudan ibarət ordu yaratmaqdır, bunun 200 mini ehtiyat qüvvələr olacaq.
“2030-cu ilə qədər Polşa Avropanın ən güclü və ən böyük ordusuna sahib olacaq. Bütün fəaliyyətlərimizi buna uyğun qururuq,” — deyə Polşa müdafiə nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, hazırda Polşanın müdafiə büdcəsi 200 milyard zloti (təxminən 55 milyard dollar) təşkil edir.