Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Livan və İsrail səfirləri danışıqlara hazırlıq məsələlərini müzakirə edəcəklər
dünya

Livan və İsrail səfirləri danışıqlara hazırlıq məsələlərini müzakirə edəcəklər

05-05-2026 23:00 14 Views
IMG

Livan və İsrailin ABŞ-dakı səfirləri Nada Hammadeh-Mouavad və Yechiel Laiter arasında məsləhətləşmələrin üçüncü raundu 6-7 may tarixlərində Vaşinqtonda keçiriləcək.

Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, diplomatlar mayın ikinci yarısına planlaşdırılan birbaşa ikitərəfli danışıqlara hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, 14 apreldə keçirilən birinci raunddan sonra Livanda 17 apreldən etibarən atəşkəs elan edilməsi barədə razılıq əldə edilib, daha sonra 23 apreldə keçirilən ikinci raunddan sonra atəşkəsin üç həftə uzadılması elan edilib.

 

Aysel Şirinova