ABŞ Prezidenti Donald Tramp İran üzərində qələbə qazandığını bəyan edib.
Tvit.az xəbər verir ki, bu barədə o jurnalistlərə danışıb.
“İranın heç bir şansı yoxdur. Onlar bunu bilirlər, bunu mənə də deyirlər, sonra isə televiziyaya çıxıb hər şeyin necə yaxşı getdiyini bildirirlər. Onların hərbi-dəniz qüvvələri yoxdur, tamamilə məhv edilib. Onların hava qüvvələri yoxdur, tamamilə məhv edilib. Onların hava hücumundan müdafiə sistemi yoxdur, o da tamamilə məhv edilib. Liderləri məhv edilib, hər şey məhv edilib", - deyə Tramp bildirib.
Aysel Şirinova