Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp: Hörmüz boğazında qalan neytral gəmilərin çıxmasına kömək edəcəyik
dünya

Tramp: Hörmüz boğazında qalan neytral gəmilərin çıxmasına kömək edəcəyik

04-05-2026 08:00 14 Views
IMG

Donald Tramp bazar ertəsindən etibarən ABŞ-ın Hörmüz boğazında qalan gəmilərə kömək etməyə başlayacağını və onların boğazdan keçməsinə icazə verəcəyini açıqladı.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə sosial media hesabında deyib.


“İranın, Yaxın Şərqin və ABŞ-ın rifahı naminə bu ölkələrə gəmilərini boğazdan təhlükəsiz şəkildə çıxaracağımızı və beləliklə, işlərini sərbəst, problemsiz davam etdirə biləcəklərini söylədik”,- deyə Tramp əlavə edib.


Elmin Alışov