Amerika Birləşmiş Ştatları İsraildə Qəzza Zolağı ilə atəşkəsə riayət olunmasını izləyən və insanitar yardımların çatdırılmasını koordinasiya edən İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini (CMCC) bağlamağa qərar verdi.
Tvit.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, bu qərar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə vəziyyəti həll etmək planının tıxanma nöqtəsinə çatması ilə bağlıdır. Bundan əlavə, İsrail atəşkəsdən sonra zərbələr endirməyə davam edir və Fələstin hərəkatı Həmas silahlarını yerə qoymaqdan imtina edir.
Aysel